- Mart 05, 2017
- 3 Comments
Nokia 3310 yenilənmiş halda geri döndü!
Nokia 3310 yenilənmiş versiyada təkrar istehsal olunacaq. indiyə kimi 126 milyon ədəd satmış əfsanəvii Nokia 3310 modeli yenilənmiş vəziyətdə və oxşar dizaynda tanıdıldı.
NOKİA 3310 ÖZƏLLİKLƏRİ
Orijinal Nokia 3310 modelinə görə daha kiçik və incə olan yeni model; sarı, yaşıl kimi rəng seçənəklərinə sahibdir.
2.4 inç QVGA ekran, 2 MP arxa kamera və microSD kart dəstəyi ilə gələn yeni Nokia 3310, Nokia Series 30+ əməliyyat sistemində işləyir. Yeni model, Opera Mini ile birliktə internete bağlana bilir. Cihazın içərisində əfsanəvi ilan (snake) oyunu da mövcuddur..
30 gün gözləmə vaxtı və 22 saat danışmaq vaxtı var..
NOKIA 3310'UN ÇIXIŞ TARİXİ
Nokia verilən açıqlamaya görə 3310'un 2017'nin ikinci yarısında rəflərdə görünəcək. Qiyməti isə 52$ olacaq
NOKİA 3310 ÖNƏ ÇIXAN TEXNİKİ ÖZƏLLİKLƏRİ
Ölçülər: 115.6*51.0*12.8mm - 79.6 qram
Ekran: 2.4 inç QVGA
Kamera: 2 MP, LED flaş dəstəkli
Depolama: 32 GB'a qədər microSD kart dəstəyi
Əməliyyat sistemi Nokia Series 30+
Bağlantı: microUSB, Bluetooth 3.0, 3.5 mm AV bağlantı nöqtəsi
- Mart 03, 2017
- 0 Comments
- Mart 02, 2017
- 0 Comments
1. Paylaşmaq: münasibət ilk növbədə paylaşmaq deməkdir. Sağlam münasibətin əhəmiyyətli məqamlarından biri də duyğu və düşüncələrin paylaşılmasıdır.
2. Əvvəlcə özünüzlə barışın: Sağlam münasibət iki sağlam fərdlə reallaşır. Bu səbəbdən də xoşbəxtliyi əvvəl öz içinizdə tapın və özünüzlə barışın.
3. Keçmişi unudun: Əvvəlki münasibətləri keçmişdə qoyun, ittiham etməyin və problem halına gətirməyin. Unutmayın ki, münasibət keçmişə deyil, gələcəyə doğru inşa edilir.
4. Ortaq maraq sahələri yaradın: Ortaq maraq sahələri müsbət və əyləncəli münasibətin meydana gəlməsini dəstəkləyir.
5. Münasibətinizi xarici faktorlardan qoruyun: Üçüncü şəxslərin, bu insanlar ailə üzvləriniz olsa belə, münasibətlərinizə mənfi təsir etməsinə icazə verməyin. Heç kim sizin həqiqətən nəyə ehtiyacınız olduğunu və nəyə dəyər verdiyinizi sizdən yaxşı qiymətləndirə bilməz.
6. İşinizi münasibətdən üstün tutmayın: İş günü sona çatdıqda işiniz tamamilə iş yerində qalmalıdır.
7. Küsməyin: Mübahisə etsəniz belə, heç bir zaman tamamilə kəsməyin.
8. Fərqlilikləriniz münasibətinizi zənginləşdirir: Hər mövzuda mükəmməl bir uyğunlaşma gözləməyin. Fərqliliklərə baxmayaraq, ona dəyər verdiyinizi göstərməniz sağlam münasibətin əsasını təşkil edir.
9. Qısqanclıq tələsinə düşməyin: Həddindən artıq qısqanclıqdan uzaq durun. “Sevən insan qısqanar” tələsinə düşməyin. Həddindən artıq qısqanclıq, şübhələr, etibarsızlıq varsa, bunu ona bildirin. Həll edə bilməsəniz, mütəxəssislərdən professional dəstək alın. Lazım olsa birlikdə kurs keçin.
10. Yaxşı dinləyici olun: Yaxşı münasibətin yolu ünsiyyətdən keçir. Yaxşı dinləyici olun. Onunla razı olmasanız da, fikirlərinə hörmət edin və sonuna qədər dinləyin. Söyləmək istədiyinizi dolayı yollarla yox, birbaşa formada ifadə edin.
- Şubat 28, 2017
- 0 Comments
İnsanlar müxtəlif auksionlarda iştirak edərək hər hansı bir əşyanı alıb-satır və bəzən bundan yüksək məbləğdə gəlir də əldə edirlər. Məsələn, indi aldığınız ucuz bir çanta illər sonra dəyərli bir əşyaya çevrilə bilir.
Bu üsulla öz gəlirini 2.5 milyon dəfə artıran adamın hekayəsini təqdim edirik
Kolleksiyaçı Rendi Qixarron Kaliforniyada adi bazardan XIX əsrə aid olan bir neçə qədim şəkil alır. Hətta üzərində çox pulu olmadığından cəmi 2 dollar verməklə o, köhnə şəkilləri ala bilir. Daha sonra evində aldığı şəkillərə baxarkən maraqlı bir nüans diqqətini çəkir. Şəkildə bir qrup insan kroket oynamağa hazırlaşır. Onun diqqətini çəkən isə bir vaxtlar vəhşi qərbin ən məşhur cinayətkarlarından Billi Kid adı ilə tanınan Henri Makkarti olur. İndiyə qədər onun haqqında yalnız bir şəkil tapılıb. 2011-ci ildə 2.3 milyon dollara satılıb. O anlayır ki, bu vaxta qədər heç kim bu şəklə bu qədər diqqətlə baxmayıb.
Amma Rendi həmin şəkildəki adamın Billi Kid olduğunu sübut etməli idi. Bunun üçün də ekspertlərə müraciət edir. Bu araşdırma 4 il davam edir. Sonda şəklin 1878-ci ildə toy zamanı çəkildiyi müəyyən edilir. Maraqlıdır ki, şəkildə Billə birlikdə kroket oynayanlardan biri də şerif Perr Qaret idi. Versiyalara görə, 1881-ci ildə o, Billi öldürüb.
- Şubat 26, 2017
- 0 Comments
Whatsappın mod edilmiş versiyası olan Gbwhatsapp və ya Whatsapp plus un ən son versiyasını burdan yukleye bilersiz..Gbwhatsapp 5.30 aşağıdakı linkden yukleyin.
- Şubat 24, 2017
- 0 Comments
Ömrünüzü sağlam və gümrah yaşamaq istəyirsinizsə, bu qaydalara əməl etməlisiniz.
Sosial olun!
Sosiallaşmaq əslində çox əhəmiyyətlidir. Çünki ətraf-mühitdən, cəmiyyətdən təcrid edilmək insan sağlamlığına ciddi zərər verir. Alimlərin hesablamalarına görə, insanlarla az ünsiyyətdə olmaq 15 siqaretin verdiyi zərərlə eynidir. Həftədə ən az bir dəfə dostlarınızla şəhərə çıxıb gəzin, söhbət edin.
Həftədə 3 dəfə seks
Seks insanı cavanlaşdırır, daha sağlam orqanizmə malik olmağınızı təmin edir. Aparılan yeni tədqiqatlara görə, həftədə 3 dəfə sekslə məşğul olmaq 12 yaş gənc görünməyinizə təsir edir.
Gündə 7 qoz
Qoz həqiqi mənada həyat cövhəridir. Bütün həkimlər bu faydalı qidanı tövsiyə edirlər. 2-3 ay ərzində gündə 3 qoz yemək köklük riskini aşağı salır. Həftədə 5 gün qoz yemək ömrünüzü 3 il uzadır.
Yatağa bir saat tez girin
7 saatdan az yatmaq infarkt və iflic riskini artırır. Bu riski azaltmaq üçün heç olmasa, gecələr bir saat daha tez yatmağa çalışın.
Gündə ən az 20 qəhqəhə atın
Qəhqəhə ilə gülmək immun sistemini gücləndirir və nə qədər qəribə səslənsə də, kalori yandırmağa kömək edir. Ən əsası isə ömrü uzadır. Tez-tez qəhqəhə ataraq gəncliyinizi və sağlamlığınızı qoruyun. Hər gün orta hesabla 20 dəfə gülmək lazımdır.
Zərərli qidalardan uzaq olun!
Sağlam qidalandıqda, orqanizminizdə hüceyrələrin yaşlanmasını ləngidən metabolizm inkişaf edir və daha gec qocalarsınız. Gənc qalmaq istəyirsinizsə, yağlı xörəklərdən və şirniyyatdan uzaq olun.
Bənövşəyi və qırmızı qidalar istehlak edin
Böyürtkən, qarağat, nar, qırmızı şərab kimi bənövşəyi tonlarda qidalardan istifadə neyronları qoruyur və beyninizə gedən qan dövranını yaxşılaşdırır.
mənbə:mir.az
- Şubat 24, 2017
- 0 Comments