Youtube dən Milyonlarla Manat Qazanmaq

Kasım 06, 2018



Bəli youtube dən milyonlar qazanan insanlar çoxdur.
Bəs youtube dən necə pul qazanmaq olar?

Youtube ni hər gün milyonlarla insan ziyarət edir və videolar izləyir. Youtube həmin videolara reklam yerləşdirərək milyard dollarlar qazanır. Təbii ki, bu qazancdan həmin videoları yerləşdirən kanal sahibləri də qazanır. Video nə qədər çox izlənirsə bir o qədərdə gəlirləriniz artır.

Youtube dən pul qazanmaq istəyirsinizsə youtubenin qoyduğu qaydalara əməl etməlisiniz. Ən əsas qayda isə müəllifhüquqlarıdır. Yüklədiyiniz video sizə aid olmalıdır. Başqasının videosunu kanala yükləyərək pul qazanmağınız mümkün deyil. Youtube bu videonun sizə aid olmadığını müxtəlif alqoritmalarla təsbit edir və həmin videonu silir və ya reklam yerləşdirmir.

Deməli youtube dən gəlir əldə etmək istəyiriksə özünüz tərəfindən hazırlanmış videoların olması birinci şərtdir. Hazırladığınız video materiallar müxtəlif mövzularda ola bilər. Bunun üçün həmin mövzunu çox yaxşı bilməlisiz. Məsələn, riyaziyyat müəllimisiniz, youtube də kanal yaradırsız və riyaziyyata aid dərslər hazırlayıb həmin kanala yükləyirsiz. Yüzminlərlə insan həmin dərsləri youtube dən izləyir. Bununla da siz çoxlu abunə və izlənmə sayısı əldə edirsiz. Youtube isə həmin videoalara reklamlar yerləşdirir həmin reklamlardan həm siz həm də youtube qazanır.
Youtube də hazırladığınız videolarda həmçinin arxa fonda istifadə etdiyiniz musiqilər də başqasına aid olmamalıdır. Əgər videolarınızda musiqidən istifadə edirsinizsə ya youtubenin təmin etdiyi musiqilərdən istifadə etməlisiniz ya da müəllif hüquqları olmayanları internetdən tapmalısız. Bunun üçün google.com da royalty free music yazmaqla axtarış edə bilərsiniz.

Youtube dən pul qazanmağın aktiv olması üçün 1000 abunəniz və 4000 saat izlənməniz olmalıdır. Bunu əldə etmək üçün düzənli olaraq video yükləməniz lazım olacaq. Gündəlik və ya həftəlik olaraq videolar yükləyə bilərsiz. Amma bu işə fokuslanmaq lazımdı. Özünüzdə vərdiş yaradırsız, məsələn düzənli olaraq həftədə bir dəfə video yükləyirsiz.

Youtubeden pul qazanmaq üçün səbrli olmalısız. Çünki abunə qazanmaq və çoxlu izlənmə əldə etmək üçün vaxt lazımdi. Bu aylarla hətda illərlə də çəkə bilər. Bu işi özünüzdə sevimli məşğuliyyət halına gətirin və ilk başlarda pul qazanmağa yox, keyfiyətli videolar hazırlamağa fokuslanın..Bunu etsəz youtube dən pul qazanmaq sizin üçün asan olacaq.

You Might Also Like

0 yorum

Popular Posts

Like us on Facebook