instagramda Məşhur Olmaq

Ocak 29, 2017

instagram  qısa müddət ərzində böyüyərək populyarlaşdı..Hər gün milyonlarla foto paylaşılır. Azərbaycanda da bu sosial platformadan geniş şəkildə istifadə olunur,müxtəlif şəkillər paylaşılır..Hətda çoxlu user yığan insanlar reklamlar edərək pul da qazanır..Azərbaycanda Xatirla Meni instagramda məşhur olan hesablardandı və həmçinin bu səhifədə yayımlanan reklamlar da kifayət qədərdir..

Bəs necə edək ki, instagram da populyarlaşaraq çoxlu bəyəni qazanaq?
instagramda məşhur olmağı necə bacaraq?

Əgər bu haqda düşünürsüzsə aşağıda göstərilənləri tətbiq edərək buna nail ola bilərsiz.

1.Tematik olmaq: Yəni ki müyyən temaya(mövzuya) aid paylaşımlar etmək.Məsələn,
Tunameltsmyheart adlı istifadəçinin 857000 izləyicisi var.O sadəcə Tuna adlı itinin fotolarını paylaşır.itin gündəlik həyatından bəhs edir..Həmçinin bu hesabdan gəlir də əldə edir.

2.Düzgün Foto  yəni ki doğru kompozisiya,doğru rənglər,doğru yer və s.
Doğru və baxımlı şəkil önəmli faktordur. Ona görə də fotonun keyfiyyətli olmasına önəm verin.Fotolarınızın rəngləri bir birinə uyğun olsun.

3.Yazılı nitq qabiliyyətinizi işə salın..instagramda məşhur,populyar olmaq üçün tematik olmaqla yanaşı,paylaşdığınız fotolara maraqlı və zövqlü qeydlər yazın..Bu bəyənilərinizi və rəylərinizin sayını artıracaq. Demək ki, Qələminiz güclü olmalıdır..

4. Fotolarınızı düzənli şəkildə yükləyin. Düzənli foto paylaşmağı vərdiş halına gətirin..Fotolarınızı nə tez-tez, nə də gec yükləyin. Məsələn saatda bir foto paylaşın..Bu düzənli paylaşım izləyicilərinizin sayını artıracaq.. Bu düzəni pozsaz izləyicilərinizin sayı azalar..

Bu haqda oxuyucuların da fikirlərini bilmək maraqlı olardı.Ümid edirəm instagramda məşhur olmaq barədə sizə yardımcı ola bildim.

Əlavə suallarınız vardırsa bizə bildirin..

instagramda meshur olmaq

You Might Also Like

0 yorum

Popular Posts

Like us on Facebook